Balakəndə narkotik plantasiyası aşkarlanıb

Balakəndə narkotik plantasiyası aşkarlanıb
  11 Aprel 2019    Oxunub:2295
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Talalar kənd sakini, 28 yaşlı Eşqin Abbasov saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti