Oğurluq edən qadın iş başında tutuldu

Oğurluq edən qadın iş başında tutuldu
  11 Aprel 2019    Oxunub:1701
Aprelin 9-da saat 18 radələrində Xətai rayonunun M.Hadi küçəsindəki mağazaların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gəliblər.

Oradan geyim əşyaları oğurlayıb paytaxt sakini Y.Balabanova polis əməkdaşları tərəfindən saxlanılıb və 34-cü Polis Şöbəsinə təhvil verilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti