Yolu keçmək istəyən 2 piyadanı maşın vurub öldürdü

Yolu keçmək istəyən 2 piyadanı maşın vurub öldürdü
  11 Aprel 2019    Oxunub:1944
Aprelin 10-da saat 21 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində rayon sakini M.Mədətov idarə etdiyi “Cherry” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən digər məlumata görə, aprelin 10-da saat 23 radələrində Şəki şəhərinin M.Ə.Rəsulzadə küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Oqtay Abdurəhimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti