14 yaşlı oğlanı bıçaqla hədələyən şəxs saxlanıldı

14 yaşlı oğlanı bıçaqla hədələyən şəxs saxlanıldı
  11 Aprel 2019    Oxunub:1828
Aprelin 10-da saat 22 radələrində Xətai rayonunun M.Rüstəmov küçəsində 14 yaşlı bir oğlanı bıçaqla hədələyərək quldurluq yolu ilə 100 manat pulunu alan şəxs həmin ərazidə xidmət aparan 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun Bakı şəhər sakini İ.Yusifov olduğu müəyyən edilib. Xətai RPİ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti