DYP-dən növbəti reyd: 50 avtomobil saxlanılıb
Təhlükəsizlik tədbirləri zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra, sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib. "Təmiz Hava"aylığı çərçivəsində kemirilən tədbir zamanı şəhər ərazisində 50 avtomobil saxlanılıb, normadan artıq dəm qazı olan 5 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib.
Bundan başqa digər qayda pozan sürücülər barəsində müvafiq qaydada cərimələr tətbiq edilib.
Azvision.az