Neftçalada ev yanıb

Neftçalada ev yanıb
  12 Aprel 2019    Oxunub:1767
Neftçala rayonunun Qaçaqkənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaqlı evin (dam örtüyü qamışdan ibarətdir) yanar konstruksiyaları və yaxınlıqdakı ümumi sahəsi 108 m² olan birmərtəbəli evin lambirindən ibarət üzlüyü 4 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: Neftçala   Yanğın   FHN  





Xəbər lenti