Gəncədə narkotik satan dəstə tutuldu
Onların üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman Nəriman Mirbağırovun üzərindən 1.8 qram, yaşadığı evin müxtəlif yerlərindən isə ümumi çəkisi 1 kq 343 qram, Elvin Nağıyevin üzərindən 1.9 qram, Rəşad Əliyevin yaşadığı evdən isə 82.2 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Bundan başqa, ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş 60 yaşlı Elman Rzayev qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda, üzərində gəzdirməkdə və satmaqda şübhəli olduğuna görə şəhər ərazisində saxlanılaraq Kəpəz RPİ-nə gətirilib və onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əlində olan sellofan torbadan və pencəyinin sol yan cibində dörd bükümdə ümumi çəkisi 235.08 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Azvision.az