Quba-Xınalıq yolu ilə bağlı sürücülərə xəbərdarlıq

  12 Aprel 2019    Oxunub : 607
 Quba-Xınalıq yolu ilə bağlı sürücülərə xəbərdarlıq
Ötən gün günorta saatlarında Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən və yolun hərəkət hissəsinə tökülərək yolu bağlayan qaya parçaları əraziyə cəlb olunmuş xüsusi texnikaların köməkliyi ilə axşam saatlarında təmizlənərək hərəkət bərpa olunub.
Bu barədə Azvision.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ərazidə yenidən qaya parçalarının uçqunu təhlükəsi olduğundan sürücülərdən sözügedən yoldan zərurət olmadığı təqdirdə istifadə etməmək tövsiyyə olunur. Təhlükə ilə bağlı əraziyə xüsusi xəbərdaredici nişanlar quraşdırılacaq.



Azvision.az

Teqlər: Quba   Xınalıq