Bakıda evdən 9 minlik qızıl oğurlanıb

Bakıda evdən 9 minlik qızıl oğurlanıb
  12 Aprel 2019    Oxunub:1654
Bakıda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Musayev saxlanılıb.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti