Paytaxtda maşın oğruları saxlanılıb

Paytaxtda maşın oğruları saxlanılıb
  12 Aprel 2019    Oxunub:1476
Aprelin 11-də saat 9 radələrində Nəsimi rayonunun A.Məhərrəmov küçəsindən Abşeron rayon sakini V.Novruzlunun “VAZ-2107” markalı avtomobili qaçırılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Zeynallı saxlanılıb.

Bundan başqa Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini C.Kərimovun “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən digər şəxs - Bakı şəhər sakini, əvvəllər məhkum olunan N.Həsənzadə saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti