Piyadanı öldürüb qaçan sürücü tapıldı

Piyadanı öldürüb qaçan sürücü tapıldı
  12 Aprel 2019    Oxunub:1202
Şəki ŞRPŞ əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq insan ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücünün şəxsiyyətinin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da şəhər sakini Oqtay Abdurəhimovun ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “VAZ-2170” markalı avtomobilin sürücüsü, Laçın rayon sakini T.Qasımov saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti