İntihar edən Elinanın anım mərasimindən FOTOLAR

  12 Aprel 2019    Oxunub : 5655
İntihar edən Elinanın anım mərasimindən FOTOLAR
Bakıda 162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir.

Azvision.az -ın məlumatına görə, mərasimdə paytaxt sakinləri, Elinanın yaxınları, müəllim və şagirdlər iştirak edirlər. Onlar məktəbin girişinə gül dəstələri, oyuncaqlar qoyur, mərhum Elinanın fotolarını düzürlər.
Qeyd edək ki, 4 aprel tarixində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib.



























Foto:Şahin Sərdarov
Azvision.az

Teqlər: Elina   Məktəbli