2-ci Alatavada evlərdən oğurluq edən tutuldu

2-ci Alatavada evlərdən oğurluq edən tutuldu
  13 Aprel 2019    Oxunub:1749
Yasamal rayon Polis idarəsinin 29-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Qasımova 2-ci Alatava yaşayış sahəsindəki evindən 700 manat pulunun və 800 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Quluzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 7-nə keçən gecə 2-ci Alatava yaşayış sahəsindəki digər bir evdən mobil telefon oğurlaması da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti