Keçmiş məhkumdan tüfəng götürülüb

  13 Aprel 2019    Oxunub : 895
Keçmiş məhkumdan tüfəng götürülüb
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Məscidməhəllə kənd sakini, əvvəllər məhkum olunmuş R.Həsənovdan müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng və 1 ədəd bıçaq götürülüb. Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   silah