Dörd evdən oğurluq edən dəstə tutuldu

  13 Aprel 2019    Oxunub : 961
Dörd evdən oğurluq edən dəstə tutuldu
Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-nə keçən gecə Məhəmmədi qəsəbəsi ərazisindəki tikintisi başa çatmamış evlərin birindən 70 metr elektrik naqili və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Zabrat qəsəbə sakinləri V.Əzimov, Z.Hənifəyev və A.Ağabalayev saxlanılıblar.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı hər üçündən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisində daha 3 evdən elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaları da müəyyən edilib.


Azvision.az

Teqlər: DİN   oğurluq