58 yaşlı kişi süni göldə boğularaq öldü

58 yaşlı kişi süni göldə boğularaq öldü
  14 Aprel 2019    Oxunub:1706
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Maşıoba kəndində 1961-ci il təvəllüdlü Ərəbov İlham Mail oğlunun meyitinin süni göldən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu İ.Ərəbovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azvision.az





Teqlər: FHN  





Xəbər lenti