Əkin sahəsindən tüfəng və qumbaralar aşkarlandı

Əkin sahəsindən tüfəng və qumbaralar aşkarlandı
  15 Aprel 2019    Oxunub:1921
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Yeni Xocavənd qəsəbəsi ərazisindəki əkin sahəsindən 1 ədəd “ST. Etienne” markalı tüfəng, 3 ədəd “İJ” markalı tüfəng, 2 ədəd alışqansız “F-1” markalı əl qumbarası, 30-dan çox müxtəlif patronlar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Silah   DİN  





Xəbər lenti