Şəkidə narkotik alverçisi saxlanılıb

Şəkidə narkotik alverçisi saxlanılıb
  15 Aprel 2019    Oxunub:1803
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş şəhər sakini, 53 yaşlı Tehran Nəzərov şübhəli şəxs qismində saxlanılıb. Keçirilmiş tədbirlərin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib.

Oradan 12 ədəd kağız bükümdə 0,297 qram narkotik vasitə hesab edilən heroin, içərisində heroin qalıqları olan 4 ədəd şpris və sellofan torbada ümumi təmiz çəkisi 380 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti