İki bacısını bıçaqlayan Əlimanov tutuldu

  16 Aprel 2019    Oxunub : 693
İki bacısını bıçaqlayan Əlimanov tutuldu
Aprelin 16-da saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşayan Səadət Əlimanovanın evinə gəlmiş qardaşı, əvvəllər məhkum olunmuş Muxtar Əlimanov ailə-məişət münaqişəsi zəminində ona və orada yaşayan digər bacısı Məlahətə bıçaqla xəsarət yetirib.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Səadət hadisə yerində ölüb, Məlahət isə xəstəxanaya yerləşdirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən M.Əlimanov tutulub. Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN