Maşınlardan oğurluq edənlər ələ keçdi

Maşınlardan oğurluq edənlər ələ keçdi
  16 Aprel 2019    Oxunub:1601
Oğurluq etmiş Ə.Zeynallının ətrafında Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun daha 2 avtomobildən 300 manat pul və akkumulyator oğurlaması da müəyyən edilib.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini E.Təhməzovun “TOFAŞ” markalı avtomobilindən qol saatı və sənəd oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini olan bir yeniyetmə saxlanılıb.

Eyni zamanda oğurluq etdiyinə görə tutulan E.Ağalarovun ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində “Daewoo” markalı bir avtobusdan 108 manat pul oğurlaması da müəyyən edilib.


Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti