Binəqədidə yaşayış binasında yanğın olub

Binəqədidə yaşayış binasında yanğın olub
  16 Aprel 2019    Oxunub:1565
Bakı şəhərinin Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, binanın 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Binəqədi  





Xəbər lenti