Sumqayıtda intihara cəhdin qarşısı alınıb

  16 Aprel 2019    Oxunub : 1198
 Sumqayıtda intihara cəhdin qarşısı alınıb
Sumqayıt şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

Azvision.az

Teqlər: FHN   İntihar   Sumqayıt