Bakı yollarında təhlükə saçan avtobus - FOTOLAR

  Bakı yollarında təhlükə saçan avtobus -    FOTOLAR
  17 Aprel 2019    Oxunub:4280
Bakının mərkəzi küçələrində sərnişinlərin daşınması üçün istifadə edilən nəqliyyat vasitələri müasir standartlara cavab versə də, paytaxtın kəndlərinə və qəsəbələrinə işləyən bəzi marşrutlarda vəziyyət o qədər də ürəkaçan deyil.
Masazır qəsəbəsindən - “Zəngilan” yaşayış massivindən gələn 525 nömrəli marşrut avtobuslarını buna misal göstərmək olar. Hər gün bu avtobuslardan yüzlərlə sərnişin istifadə edir. Bakı yollarında əyilmiş vəziyyətdə şütüyən avtobuslar insanların həyatı üçün real təhlükə yaradır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Azvision.az -a bildirib ki, 525 nömrəli marşrut xəttinə BNA nəzarət etmir. Belə ki, həmin avtobuslar BNA-nın nəzarət etdiyi müntəzəm marşrut xətləri üzrə fəaliyyət göstərmir.





Aytən Zəhra
Azvision.az



Teqlər: BNA   Avtobus   Sərnişin  





Xəbər lenti