Cibgirlik edən qadın saxlanılıb

  17 Aprel 2019    Oxunub : 517
Cibgirlik edən qadın saxlanılıb
Bakıda ictimai nəqliyyatda cibgirlik edən qadın tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobusunda bir qadının çantasından içərisində 900 manat olan pulqabını oğurlamaqda şübhəli bilinən N.Ağammədova saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Azvision.az

Teqlər: DİN   Cibgirlik