15 obyektdən oğurluq edənlər tutuldu - FOTOLAR

  17 Aprel 2019    Oxunub : 598
15 obyektdən oğurluq edənlər tutuldu - FOTOLAR
Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib.
DİN-in Mətbaut xidmətindən Azvision.az -a verilən məlumata görə, zərərçəkən obyekt sahibi 37-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, marketdən 250 manat, danışıq kartları və tütün məmulatları naməlum şəxslər tərəfindən oğurlanıb. Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramlı və Kürdəmir rayon sakini Nicat Yunusov saxlanılıblar. Onlar ifadələrində oğurluq etdikırini etiraf ediblər.



Xətai RPİ-də saxlanılan şəxslərin ətraflarında aparılan əlavə əməliyyat tədbirləri ilə onların rayon ərazisində əlavə olaraq 9 mağazadan, 2 həyətyanı sahədən və 3 saxlanc yerindən pul, tütün məmulatları və məişət əşyaları oğurluq etdikləri məlum olub.



Qeyd edilən faktlarl bağlı saxlanılan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.





Azvision.az

Teqlər: DİN   Oğurluq