Əsədullayevdən beşbarmaq və tüfəng götürülüb

Əsədullayevdən beşbarmaq və tüfəng götürülüb
  17 Aprel 2019    Oxunub:2411
Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunan V.Əsədullayevdən 1 ədəd bıçaq və 1 ədəd beşbarmaq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-58” markalı tüfəng də aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti