Siyəzəndə ağır qəza, ölən və yaralı var

  18 Aprel 2019    Oxunub : 951
Siyəzəndə ağır qəza, ölən və yaralı var
Aprelin 17-də saat 19 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində Sumqayıt şəhər sakini F.Quliyevin idarə etdiyi “KİA” markalı minik və Abşeron rayon sakini A.İmaməliyevin idarə etdiyi “Ford” markalı yük avtomobilləri toqquşub.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə F.Quliyevin sərnişini, Xızı rayon sakini Natiq İlyasov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN