Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

  18 Aprel 2019    Oxunub : 759
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Salyan RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş T.Həmzəyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 8 ədəd çətənə kolu, habelə gizlətdiyi 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nərimankənd kənd sakini Ə.Soltanovun evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN   Narkotik