FHN Yasamalda təhlükənin qarşısını alıb

FHN Yasamalda təhlükənin qarşısını alıb
  19 Aprel 2019    Oxunub:1511
Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarında quraşdırılan saatın əqrəblərindən biri yerə düşüb, digərləri asılı vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər saatın əqrəblərini yerinə bərkidiblər və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti