Bakı sakininin sığorta kartından pul oğurlanıb

  19 Aprel 2019    Oxunub : 1082
Bakı sakininin sığorta kartından pul oğurlanıb
Salyan Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Əzimov 2018-ci ilin iyul ayının 16-da hesabında 2164 manat olan sığorta kartını Bakı şəhəri ərazisində itirdiyini və həmin məbləğin hesabından çıxarılaraq oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış və həmin məbləğin Salyan rayonu ərazisindəki
bankomatların birindən çıxarıldığı müəyyən edilib.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli
bilinən Bakı şəhər sakini V.Zeynalov saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Azvision.az

Teqlər: DİN