“Toyota”nın vurduğu kişi 3 gün sonra öldü

  19 Aprel 2019    Oxunub : 894
“Toyota”nın vurduğu kişi 3 gün sonra öldü
Aprelin 15-də saat 9 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini A.Kərimov idarə etdiyi “Toyota” markalı avtomobillə paytaxt sakini Sona Binnətəliyevanı vurub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən piyada aprelin 18-də orada ölüb. Araşdırmalar aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza