Qubada 4 otaqlı ev yanıb

Qubada 4 otaqlı ev yanıb
  22 Aprel 2019    Oxunub:1972
Quba rayonunun Alekseyevka kəndində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 250 m² olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 125 m² sahədə və 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti