Bakıda yanğın - 2 azyaşlı tüstüdən zəhərlənib

      Bakıda yanğın    - 2 azyaşlı tüstüdən zəhərlənib
  22 Aprel 2019    Oxunub:2340
Bakı şəhərinin Yasamal rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 12 m² olan 1 otaqlı evdə 3 p.m elektrik kabeli və 0,5 m² sahədə əşyalar yanıb.

Yanğın zamanı tüstüdən zəhərlənən 2 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: FHN   Yanğın   Yasamal   Bakı  





Xəbər lenti