199 balığı oğurlayan dəstə ələ keçdi

199 balığı oğurlayan dəstə ələ keçdi
  22 Aprel 2019    Oxunub:1620
Neftçala Rayon Polis Şöbəsinə rayon ərazisindəki balıqçılıq təsərrüfatlarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və aprelin 4-dən 19-dək olan müddətdə oradan 10.300 manat dəyərində 199 ədəd müxtəlif növ balığın oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakinləri A.Əliyev, E.Salmanov və Boyat kənd sakini X.Ələkbərov polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   oğurluq  





Xəbər lenti