Keçmiş məhkum soyğunçuluq etdi

Keçmiş məhkum soyğunçuluq etdi
  22 Aprel 2019    Oxunub:1588
Aprelin 21-də Yevlax şəhəri ərazisində naməlum şəxs Göyçay şəhər sakini olan bir qadının içərisində 28 manat olan pul kisəsini açıq talama yolu ilə alıb.
Daxili İşlər Nazirliyindən (DİN) Azvision.az -a verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti