Bakıda silsilə oğurluq edən yeniyetmə tutuldu

Bakıda silsilə oğurluq edən yeniyetmə tutuldu
  22 Aprel 2019    Oxunub:1692
Nərimanov RPİ 17-ci PŞ və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini olan bir qadının 700 manat və sənəd olan pul kisəsini, 1 avtomobildən maqnitofon, 2 köşkdən pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini bir yeniyetmə saxlanılıb.
Daxili İşlər Nazirliyindən (DİN) Azvision.az -a verilən məlumata görə, ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Abşeron rayonu ərazisindəki mağazaların birindən 600 manat pul, tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti