“VAZ-2111” yolu keçən piyadanı vurub öldürdü

  22 Aprel 2019    Oxunub : 600
“VAZ-2111” yolu keçən piyadanı vurub öldürdü
Aprelin 20-də saat 23 radələrində Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Həsənov idarə etdiyi “VAZ-2111” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub.
Daxili İşlər Nazirliyindən (DİN) Azvision.az -a verilən məlumata görə, nəticədə həmin şəxs hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Piyada