Onlayn ticarət 17 faiz artıb

Onlayn ticarət 17 faiz artıb
  21 Noyabr 2013    Oxunub:874
Dünyada pərakəndə onlayn ticarətin orta illik artım tempi 17 faiz təşkil edib.
AzVision.az xəbər verir ki, “A.T. Kearney” şirkəti tərəfindən dərc edilən qlobal onlayn ticarət reytinqinə 30 inkişaf etmiş ölkə daxil olub. Birinci yeri əlbətdəki ən çox əhalisi ilə Çin tutub. 15 lider ölkə qrupunda Böyük səkkizliyin bütün ölkələri (Yaponiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Kanada, Rusiya və İtaliya) yer alıb.

Ekspertlərin məlumatına görə, son 5 ildə dünyada pərakəndə onlayn ticarətin orta illik artım tempi 17 faiz təşkil edib. Daha çox artım Cənubi Amerika (27 faiz) və Asiya-Sakit okean regionunda (25 faiz) qeyd alınıb.


Teqlər:  





Xəbər lenti