Hüseynin atası: “Oğlumdan çox itlə maraqlanırlar”
Onun sözlərinə görə, həmin it nə onların, nə də başqa ailənin olub: “Mənim it saxlamağa imkanım yoxdur. Biri itin bizim, digəri başqasının olduğunu deyir. Məni indi it yox, oğlumun vəziyyəti maraqlandırır. Həkimlər deyirlər ki, uşağın vəziyyəti 15-40 gündən sonra dəqiq bilinəcək. İşimiz Allahın ümidinə qalıb, uşaqda quduzlaşmanın əlaməti bu müddət ərzində məlum olacaq. Heç kim deyə bilmir ki, oğlum necə olacaq”.
Qeyd edək ki, hadisə aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. Belə ki, it küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib və onun yanaq nahiyəsini dişləyib.
Şahanə Rəhimli
Azvision.az