Gömrükçülər narkotik vasitə aşkarlayıb

Gömrükçülər narkotik vasitə aşkarlayıb
  23 Aprel 2019    Oxunub:1646
Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan Gürcüstan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobilə gömrük baxışı keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin cihazlar panelindəki əşya qoyulması üçün nəzərdə tutulan sandıqçada 1 ədəd kağız bükülüdə tünd qəhvəyi, iysiz, bərk halda, çəkisi 1 qram olan narkotik vasitə - həşiş qətranı aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Narkotik  





Xəbər lenti