Oğuruq edən şəxslər ələ keçdi

Oğuruq edən şəxslər ələ keçdi
  23 Aprel 2019    Oxunub:1709
Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Cəfərova məxsus yardımçı təsərrüfatdan 51 ev quşu oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki parkların birindən 2 ədəd elektrik dirəyi və 9 ədəd işıq plafonu oğurlamaqda şübhəli bilinən şəhər sakini K.Abbasov saxlanılıb.

Bundan başqa Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən maqnitofon və səsgücləndirici oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Sultanlı saxlanılıb.

Azvision.az


Teqlər: DİN   oğurluq  





Xəbər lenti