Bakıda maşınla vurulan piyada ölüb

Bakıda maşınla vurulan piyada ölüb
  23 Aprel 2019    Oxunub:1834
Xətai rayonunun Nobel prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 22-də saat 23 radələrində Xətai rayonunun Nobel prospektində “Audi” markalı avtomobillə yolu keçən paytaxt sakini Şamo Ağayev vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti