Qar uçqununda həlak olan hərbçilərlə bağlı rəsmi məlumat

 Qar uçqununda həlak olan hərbçilərlə bağlı  rəsmi məlumat
  23 Aprel 2019    Oxunub:2839
Mart ayının əvvəlində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Məmmədov Fərrux Fərman oğlunun nəşi həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumatda qeyd olunub.

"Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!", - deyə bildirilib.

Azvision.az



Teqlər: MN   Hərbçi  





Xəbər lenti