Məktəbdən 7500 manatlıq kompüter oğurlanıb - FOTO

Məktəbdən 7500 manatlıq kompüter oğurlanıb -    FOTO
  23 Aprel 2019    Oxunub:2321
Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən məktəblərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, məktəb rəhbərliyi Suraxanı Rayon Polis İdarəsi (RPİ) 32-ci Polis Bölməsinə müraciət edərək informatika otağından 7500 manat dəyərində kompüter avadanlıqlarının oğurlandığını bildirib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov saxlanılıb. O, ifadəsində oğurluq etdiyini etiraf edib.



Faktla bağlı bölmədə toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. H.Məmmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azvision.az



Teqlər: DİN   oğurluq  





Xəbər lenti