Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı
  23 Aprel 2019    Oxunub:2065
Aprelin 22-də saat 23 radələrində Şirvan şəhəri ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Məhərrəməli Xələfov vurulub.
DİN mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. Şirvan ŞPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Azvision.az


Teqlər: Piyada   DİN  





Xəbər lenti