Nərimanovda su olmayacaq

  24 Aprel 2019    Oxunub : 773
Nərimanovda su olmayacaq
Bakı şəhəri Nərimanov rayonunda yerləşən Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilir.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, bununla əlaqədar aprelin 24-də gün ərzində Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Azvision.az

Teqlər: Azərsu