Azərbaycanda 102 qanunsuz miqrant saxlanılıb - FOTOLAR

  24 Aprel 2019    Oxunub : 1465
 Azərbaycanda 102 qanunsuz miqrant saxlanılıb - FOTOLAR
Ötən həftə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 102 əcnəbi saxlanılıb.
DMX-dan Azvision.az -a verilən məlumata görə, onlardan 1 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə, 2 nəfərin qanunsuz əmək fəaliyyəti ilə məşğul olması, 5 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 94 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.



Saxlanılmış əcnəbilərdən 85 nəfər barəsində inzibati qərarlar verilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.



Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Azvision.az

Teqlər: DMX   Miqrant