Yeniyetməyə qarşı soyğunçuluq edən tutuldu

Yeniyetməyə qarşı soyğunçuluq edən tutuldu
  25 Aprel 2019    Oxunub:1744
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini olan yeniyetmənin soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.
​DİN Mətbuat Xidmətindən Azvision.az -a erilən məlumata görə, araşdırmalarla naməlum şəxsin A.M.Şərifzadə küçəsində yeniyetmənin pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Ağdam rayon sakini, əvvəllər də soyğunçuluq və dələduzluğa görə məhkum olunmuş T.Zeynalov olduğu müəyyən edilib. ​Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Soyğunçuluq  





Xəbər lenti