Bakıda qadına qarşı soyğunçuluq edilib

Bakıda qadına qarşı soyğunçuluq edilib
  25 Aprel 2019    Oxunub:1682
Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Seyidova soyğunçuluğa məruz qaldığını bildirib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar aparılan araşdırmalarla naməlum şəxsin aprelin 23-də saat 19 radələrində Ə.Ələkbərov küçəsində yaşadığı evin girişində həmin qadının içərisində bankomat kartları və sənədləri olan pulqabısını alıb apardığı məlum olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini S.Rəhimov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti