Balakəndə əməliyyat: Qadının evindən narkotik çıxdı

    Balakəndə əməliyyat: Qadının evindən narkotik çıxdı
  25 Aprel 2019    Oxunub:3577
Balakən Rayon Polis Şöbəsi və rayon Prokurorluğunun əməkdaşları daxil olmuş məlumat əsasında Gərəkli kənd sakini A.Kiçiliyevanın yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçiriblər.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, qadının evindən 305 qrama yaxın narkotik vasitə olan marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 36 ədəd çətənə kolları aşkar edilərək götürülüb. ​Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti